"Şəfa" yeni transferini açıqladı

"Şəfa" yeni transferini açıqladı

“Şəfa” klubu növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, komanda Luis Felipe da Silva Rodrigezi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki 25 yaşlı futbolçu son olaraq Albaniyanın “Vora” klubunda çıxış edib. Ölkəsində isə “Boavista”, “Parana”, “Kaldense”, “Banqu Atletiko”, “Sentro Sportivo Alaqoano”, “İpatinqa” və “Volta Redonda” klublarının formasını geyinib.