Ronaldodan Messiyə dəstək: ÇOX GÜCLÜ OL!
Kriştiano Ronaldo Lionel Messinin sosial şəbəkədə paylaşımına rəy yazıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz argentinalı futbolçuya çətin günlərində dəstək olub.
Messinin “Səni sevirəm, ata” sözləri ilə etdiyi paylaşımın şərh bölməsində Ronaldo bunları yazıb:
“Bu çətin anlarda səni və ailəni bol-bol qucaqlayıram, Leo. Çox güclü ol”.
Qeyd edək ki, Lionel Messi paylaşımında yaxın günlərdə vəfat edən atası ilə birlikdə fotosunu yayımlayıb.

https://qalaba.az//uploads/photo/ronaldodan-messiye-destek-chox-guclu-ol.webp