“Səbail” Türkiyə klubu ilə qarşılaşacaq
2026/27-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” qonşu ölkədə ilk yoxlama oyununu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda sabah Türkiyə II Liqasında çıxış edən “Güzide Gebzespor”la qarşılaşacaq.
Görüş yerli vaxtla saat 16:00-da, Bakı vaxtı ilə isə 17:00-da başlayacaq.
Qarşılaşma “The Sign Hotel”in meydançasında keçiriləcək.

https://qalaba.az//uploads/photo/sebail-turkiye-klubu-ile-qarshilashacaq.webp