Osimhen üçün "Arsenal" iddiası – “Qalatasaray”la danışıqlara başladı

Osimhen üçün "Arsenal" iddiası – “Qalatasaray”la danışıqlara başladı

“Arsenal” “Qalatasaray”ın hücumçusu Viktor Osimheni transfer etmək istəyir.

QELEBE.AZ xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

London klubu 27 yaşlı nigeriyalını hücum xəttini gücləndirmək üçün əsas variantlardan biri kimi nəzərdən keçirir. “Topçular” əvvəlcə “Atletiko”nun forvardı Xulian Alvareslə maraqlansa da, Madrid təmsilçisi argentinalını satmaq istəmir.

Osimhenin adı “Arsenal” və “Qalatasaray” arasında bir neçə futbolçu ilə bağlı aparılan danışıqlar zamanı gündəmə gəlib. İstanbul klubu daha əvvəl Qabriel Martinelli üçün 45 milyon avro təklif edib. “Arsenal”ın isə 19 yaşlı İtan Nvanerini 40 milyon avroya “Qalatasaray”a buraxmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, Osimhen ötən yay “Napoli”dən “Qalatasaray”a keçib.