MPL: “Turan Tovuz” mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünə start verilib.
QELEBE.AZ xəbər verir ki, I turun ilk oyunu Tovuzda baş tutub.
"Turan Tovuz" doğma azarkeşlər önündə "Qəbələ"ni qəbul edib. Matçın taleyini bir qol həll edib. Enrike Silva komandasına qələbə qazandırıb - 1:0.
Digər matçlar 15, 16 və 17 avqustda keçiriləcək.
Misli Premyer Liqası
I tur
19:30. "Turan Tovuz"- "Qəbələ" 1:0
Qol: E. Silva, 34
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu.

https://qalaba.az//uploads/photo/mpl-turan-tovuz-movsume-qelebe-ile-start-verdi-yenilenib.webp