“Tottenhem”lə vidalaşdı

“Tottenhem”lə vidalaşdı

“Tottenhem”in müdafiəçisi Kristian Romero London klubu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkə hesabında İngiltərə təmsilçisi ilə vidalaşdığını açıqlayıb.

Romero 2022-ci ilin yayından formasını geyindiyi “Tottenhem”də keçirdiyi 5 mövsümlə bağlı xatirələrini bölüşüb və klubun azarkeşlərinə təşəkkür edib:

“Bu gün beş mövsüm ərzində mənim üçün sadəcə klubdan daha artığı olan bir məkanla vidalaşıram. Bura mənim evim, mübarizə meydanım və ailəmlə birlikdə həyatımızın mühüm hissəsini qurduğumuz yer idi.

Buradan xatirələrlə və birlikdə yaşadığımız, qazandığımız hər şeylə bağlı böyük qürur hissi ilə ayrılıram. Bura gələndə qarşımda aydın məqsəd var idi: adımı bu klubun tarixinə yazdırmaq. Bunun yeganə yolunun ağır zəhmət, fədakarlıq və uzun müddət əlçatmaz görünən kuboku yenidən qazanmaq olduğunu bilirdim. Və bunu bacardıq.

Azarkeşlərə isə məni sevdikləri, hörmət etdikləri və ilk gündən özlərindən biri kimi hiss etdirdikləri üçün təşəkkür edirəm. Mən bu formanı qürur və bütün qəlbimlə qorudum. Klubdan ayrılıram, amma qəlbimin bir hissəsi həmişə burada qalacaq. Bir vaxtlar sizin biriniz idim, bu gün isə həmişəlik sizin biriniz olaraq gedirəm. Sağ ol, “Tottenhem”.

27 yaşlı futbolçunun “Atletiko”ya keçəcəyi gözlənilir.