Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”

Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”

Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova voleybol üzrə Avropa çempionatına hazırlıq prosesi və qarşıdakı yarışla bağlı fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, təcrübəli voleybolçu hazırlığın sıx qrafiklə davam etdiyini bildirib:

“Avropa çempionatının başlanmasına bir neçə gün qalsa da, məşqlərimiz sıx qrafiklə davam edir. Bir neçə yoxlama oyunumuz oldu. Bu görüşlərdə komandadakı çatışmazlıqları müəyyənləşdirdik, səhvlərimizi gördük. Onları aradan qaldırmaq üçün məşqlərdə maksimum çalışırıq, məşqçilərin taktiki və texniki tapşırıqlarını oyunumuzda tətbiq edirik”.

Kapitan doğma meydan amilinin komandaya əlavə motivasiya verəcəyini vurğulayıb:

“Öz evimizdə, doğma azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə motivasiya verəcək. Əlbəttə, evdə oynamağın məsuliyyəti də böyükdür. Lakin meydan və azarkeş amili bizə çox kömək olacaq. Əvvəl də dediyimiz kimi, əsas məqsədimiz qrupda layiqli oyun nümayiş etdirmək və növbəti mərhələyə yüksəlməkdir. Biz oyunçular da bunun üçün əlimizdən gələni edəcəyik”.