“İndi bir çox futbolçu PSJ-yə keçmək istəyir”
PSJ-nin baş məşqçisi Luis Enrike klubun transfer siyasəti barədə danışıb.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının oyun modelinə uyğun futbolçu tapmağın çətin olduğunu bildirib:
“Hazırda bir çox futbolçu PSJ-yə keçmək istəyir. Lakin tələblərimizə həqiqətən cavab verən oyunçuları tapmaq çox çətindir. Bir çoxunda bizim oyun modelimiz üçün lazım olan keyfiyyətlər yoxdur.
Hər futbolçunun komandaya qoşulması üçün ciddi iş görülür. PSJ-də bütün tərəflərlə danışıqlar aparmaq üçün ən yaxşı mövqedəyəm. Amma bu barədə yalnız transfer pəncərəsi bağlandıqdan sonra danışa bilərəm”.

https://qalaba.az//uploads/photo/indi-bir-chox-futbolchu-psj-ye-kechmek-isteyir.webp