“İnter”in futbolçusu Çempionlar Liqasında rekordu yeniləyib

“İnter”in futbolçusu Çempionlar Liqasında rekordu yeniləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində keçirilən “İnter” (İtaliya) – “Porto” (Portuqaliya) və “Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) oyunlarında qeydə alınan maraqlı statistik məqamları dərc edib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, həm bəzi rekordlar qeydə alınıb, həm də seriyalar davam edib.

- “Mançester Siti”nin baş məşqçisi “Leyptsiq”lə matçda əvəzetməyə ehtiyac duymayıb. “Şəhərlilər” 2018-ci ildən bəri bu turnirdə (“Mançester Yunayted” “Yuventus”la oyunda) və 2016-cı ildən etibarən yarışın pley-off mərhələsində (“Barselona” “Arsenal”la qarşılaşmada) dəyişiklik etməyən ilk komanda olub.

- “İnter” 13 ildən sonra ilk dəfə ardıcıl 3 ev matçında qələbə qazanıb. “Neradzurra” qrup mərhələsində İspaniya “Barselona”sı (1:0) və Çexiya “Viktoriya”sını (4:0) öz meydanında üstələyib. Milanlılar axırıncı dəfə Çempionlar Liqasını qazandığı 2009/2010 mövsümündə ardıcıl 4 ev qalibiyyətinə seviniblər.

- “İnter” ÇL-in son 16 pley-off qarşılaşmasında heç-heçə etməyib. Komanda axırıncı dəfə 2009-cu ildə İngiltərə təmsilçisi “Mançester Yunayted”lə bərabərə qalıb.

- “İnter”in hücumçusu Romelu Lukaku qitənin ən nüfuzlu klub turnirində 17-ci qolunu vurub. O, Dris Mertensi (16) qabaqlayaraq, ÇL tarixinin ən məhsuldar belçikalı oyunçusu ünvanını ələ keçirib. Üçüncü pillədəki Kevin De Bruynenin aktivində 12 qol var.

- “Porto”nun müdafiəçisi Pepe Çempionlar Liqasının pley-off mərhələsində səfər oyununa çıxan ən yaşlı üçüncü futbolçudur (39 yaş 361 gün). Bu baxımdan onu yalnız 40 yaşını tamamladıqdan sonra pley-off matçına çıxan iki oyunçu qabaqlayır: 40 yaş 123 günündə Rayan Giqqz (2013/2014 mövsümündə), 40 yaş 2 günündə isə Alessandro Kostakurta (2005/2006) bunu bacarıblar.

- “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez “Leyptsiq”lə matçda fərqlənərək, ÇL-də qol sayını 20-yə çatdırıb. Əlcəzairli oyunçu 20 qol həddinə çatan 5-ci afrikalı olub. Siyahıya Məhəmməd Salah və Didye Droqba (44 qol) şərikli liderlik edirlər. Samuel Eto (30) üçüncü, Sadio Mane (27) isə dördüncü pillədədir.

Qeyd edək ki, “İnter” “Porto”nu 1:0 hesabı ilə məğlub edib, “Leyptsiq”lə “Mançester Siti” isə qollu (1:1) bərabərə qalıblar.

Futbol
"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

Futbol
Pelenin diaqnozu məlum olub

Pelenin diaqnozu məlum olub

Futbol
Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Futbol
"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

Futbol
Qazaxıstan yığması Azərbaycan millisi ilə oyun üçün heyətini açıqlayıb

Qazaxıstan yığması Azərbaycan millisi ilə oyun üçün heyətini açıqlayıb

Futbol
Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Futbol
Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Futbol
Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olub

Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olub

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçı başlayıb

DÇ-2022: İspaniya - Almaniya matçı başlayıb

Futbol
“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO