Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan badmintonçuları "Azerbaijan Junior Open 2026" beynəlxalq turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Apasport.az xəbər verir ki, ilk dəfə "Junior International Series" kateqoriyasında təşkil olunan yarışda 9 ölkədən 64 idmançı mübarizə aparıb.

Kişilərin qoşa yarışında Ülvi Hüseynov – Əmirxan İmanov tandemi finalda ABŞ təmsilçilərinə 2:0 (21:16, 23:21) hesabı ilə qalib gələrək turnirin qızıl medalına yiyələnib.

Qadınların qoşa yarışında Leyla Camalzadə – Yağmur Quliyeva cütü, kişilərin şəxsi yarışında isə Ülvi Hüseynov gümüş medala layiq görülüblər.

Qarışıq qoşa yarışında Əmirxan İmanov – Yağmur Quliyeva cütü bürünc medal əldə edib.

Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları (8 500 manat) təşkil edib.

Qeyd edək ki, Dünya Badminton Federasiyasının (BWF) rəsmi təqvim planına daxil olan turnirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənc badmintonçuların beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və milli komandada rəqabət mühitinin gücləndirilməsidir.