Dünya çempionu Fransa klubunda

Dünya çempionu Fransa klubunda

“Le-Man” heyətini təcrübəli müdafiəçi ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Cibril Sidibe Fransa klubuna keçib.

34 yaşlı futbolçu yeni komandası ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Razılaşmada daha bir mövsüm uzatma bəndi də yer alıb.

Qeyd edək ki, Cibril Sidibe 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub. O, karyerası ərzində “Lill”, “Monako”, “Everton”, AEK və “Tuluza” kimi klublarda çıxış edib.