Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Aşqabadda "ustad dərsi" keçib

Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Aşqabadda "ustad dərsi" keçib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi, yeniyetmələr arasında dünya çempionu İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda "ustad dərsi" keçib.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

"Ustad dərsi"ndə İ.Qədimova uşaqlara çempionluq təcrübəsindən danışıb, debüt hazırlığı və turnir psixologiyası mövzularında biliklərini bölüşüb. O, belə layihələrin gələcək çempionların yetişməsində əhəmiyyətli rol oynadığını bildirib.