Qurban Qurbanov: Həmin stadionda xoş xatirəmiz var

Qurban Qurbanov: Həmin stadionda xoş xatirəmiz var

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" "Tvente" ilə qarşılaşacaq.

QELEBE.AZ xəbər verir ki, matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

O, ağır səfərə yollandıqlarını bildirib: “Həmin stadionda xoş xatirəmiz də var. Bu gün komandaya istirahət vermişdik. Sabah səhər məşqimiz olacaq".

“Qarabağ”ın baş məşqçisi Avropada oynamaqdan vaz keçmək istəmədiklərini deyib.

Onun sözlərinə görə, adaptasiya baxımından da yaxşı olacaq: “Hər zaman bütün Azərbaycan klublarının yanında olmalıyıq. Belə çətin dönəmlər, güclü rəqiblər olur. Mümkün deyil ki, hansısa komanda hər zaman çempion olsun, kuboklar qazansın. Futbol belə bir oyundur. İllərdir bu proseslər gedir. "Dinamo" ilə Bakıdakı oyundan sonra da belə fikirlər oldu. Biz öz yerimizdəyik, lakin digər rəqibləri də kiçiltmək lazım deyil. Bu, insanların bizə sevgisini azaldır. "Dinamo"nun əvvəlki ulduzları yoxdur. Amma yenə də "Dinamo"dur. Tarix yazacaq ki, "Qarabağ" bu klubu məğlub edib. Nə qədər kiçiltmək istəsələr də, tarixdə belə qalacaq. "Dinamo" mənim məşqçi karyeramda ən çətin, möhkəm rəqiblərdən biri idi.

Bu gün daha yaxşı ola bilərdik. Amma yolumuza davam edirik. Qorxmuruq, çəkinmirik. İşimizdən yorulmuruq. Hər zaman mübarizə aparırıq. Azarkeşlərimiz bundan narahat olmasınlar. Uğursuzluq həmişə olur”.

Qurban Qurbanov "Tvente"nin bu gün çox kommunativ futbol oynadığını vurğulayıb: “Dinamik futbolçuları çoxdur. Azarkeşlərin sevdiyi futbolu oynayırlar. Maraqlı oyun alınacaq. Hər dönəmin öz komandası, öz tələbləri var. Kim bu tələblərə dözürsə, o da uğur qazanır. Futbolçularımın üzərinə daha çox məsuliyyət düşəcək. Buna inanıram”.

Futbol
Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Futbol
"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

Futbol
Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Futbol
"Milan"ın futbolçusunun evi qarət olunub

"Milan"ın futbolçusunun evi qarət olunub

Futbol
Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Futbol
“Nant” “Qarabağ”la oyundan əvvəl xal itirib

“Nant” “Qarabağ”la oyundan əvvəl xal itirib

Futbol
Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Futbol
"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ"ın müdafiəçisi zədələnib

Futbol
FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

Futbol
Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Futbol
“Sabah”ın baş məşqçisi: “Bir və ya iki futbolçu ilə güclənə bilərik”

“Sabah”ın baş məşqçisi: “Bir və ya iki futbolçu ilə güclənə bilərik”