Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

Cırtdan və Göyçək Fatma 2026-cı ildə qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının maskotları olacaqlar.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Nağıl qəhrəmanları yarış zamanı tribunalarda yer alacaqlar. Onların təkcə yarışın maskotları deyil, həm də ölkənin zəngin mədəni irsinin, milli nağıllarının və qonaqpərvərliyinin simvolu olacaqları bildirilib.

Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.