37 yaşlı futbolçu Fransa klubunda
"Jirona"dan ayrılan Aksel Vitselin yeni klubu məlum olub.
Apasport.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi karyerasını Fransada davam etdirəcək.
37 yaşlı futbolçu "Nitsa" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Təcrübəli dayaq yarımmüdafiəçisi Liqa 1 təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Aksel Vitsel 2025/26 mövsümündə "Jirona"nın heyətində meydana çıxdığı 32 La Liqa matçında 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qalaba.az//uploads/photo/37-yashli-futbolchu-fransa-klubunda.webp