Valdas Dambrauskas: "Oyun ritmini qorumağa çalışırdıq"

Valdas Dambrauskas: "Oyun ritmini qorumağa çalışırdıq"

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Sabah" "Hapoel"ə məğlub olub - 1:2.

QELEBE.AZ xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

"Hapoel"i qələbələsi münasibəti ilə təbrik edirəm. Oyuna qolla başlasaq belə, rəqib önə keçməyi bacardı. Həqiqətən də keyfiyyətli komandadır. Daha çox vertikal oynayırdılar. Oyun ritmini qorumağa çalışırdıq. Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar.

Sürüşkən hesab olduğu üçün şansımız var. "Orhus"a da bu hesabla uduzmuşduq. Lakin Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik. Biz cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik".