"Neftçi" yenə cərimələndi - "SUMQAYIT" VƏ "ŞAMAXI"YA CƏZA
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının ilk turunun oyunları dəyərləndirilib.
16.08.2026-cı il tarixində Misli Premyer Liqasında I turun “Sumqayıt” – “Neftçi” oyununun 74-cü dəqiqəsində “Sumqayıt” komandasının 8 nömrəli futbolçusu Səbuhi Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 3000 manat cərimə edilsin (maddə 45.1);
16.08.2026-cı il tarixində Misli Premyer Liqasında I turun “Sumqayıt” – “Neftçi” oyununda “Neftçi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
17.08.2026-cı il tarixində Misli Premyer Liqasında I turun “Qarabağ” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1).

https://qalaba.az//uploads/photo/quotneftchiquot-yene-cerimelendi-quotsumqayitquot-ve-quotshamaxiquotya-ceza.webp