Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
Qadın voleybolçular arasında Avropa çempionatında mübarizə aparacaq Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, ölkəmizin də ev sahibliyi etdiyi qitə çempionatında C qrupunda yer alan yığmamız baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə doğma meydanda çıxış edəcək.
Millimizin kapitanı Ayşən Abduləzimovadır.
Azərbaycan millisinin heyəti:
Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova
Blokçular: Ayşən Abduləzimova, Mariya Kirilyuk, Aynur İmanova
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova
Baş məşqçi: Faiq Qarayev
Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov
Qeyd edək ki, C qrupunun oyunları Bakıda keçiriləcək. Qrup mərhələsi avqustun 21-dən 28-dək davam edəcək.

https://qalaba.az//uploads/photo/millimizin-avropa-chempionati-uchun-yekun-heyeti-belli-olub.webp