Bakıda keçirilən Avropa çempionatına start verilir - YENİLƏNİR
Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizəyə start veriləcək.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan yığması turnirdə ilk sınağına Portuqaliya millisinə qarşı çıxacaq.
Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Qarşılaşmadan əvvəl, saat 18:15-də AVRO-2026-nın açılış mərasimi təşkil olunacaq.
Faiq Qarayevin rəhbərlik etdiyi milli C qrupunda Portuqaliya ilə yanaşı, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qüvvəsini sınayacaq. Qrupda ilk dörd pilləni tutan komandalar pley-off mərhələsinə yüksələcəklər.
Avropa çempionatının Bakıdakı qarşılaşmaları avqustun 28-dək Milli Gimnastika Arenasında keçiriləcək. Sentyabrın 6-dək davam edəcək turnirə Azərbaycanla birlikdə Türkiyə, İsveç və Çexiya ev sahibliyi edir.

https://qalaba.az//uploads/photo/bakida-kechirilen-avropa-chempionatina-start-verilir-yenilenir.webp