Günay və Ruzanna dünya ikincisi oldu
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 57, 59 və 68 kq-da, sərbəst güləşdə isə 61 və 86 kq-da medalçılar müəyyənləşib.
Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Onoyla qarşılaşıb. İlk hissəni öndə başa vuran həmyerlimiz fasilədən sonra rəqibin hücumlarının qarşısını ala bilməyib – 6:16. Belədə Günay dünya ikincisi olub.
Ruzanna Məmmədova (59 kq) da həlledici görüşdə Yaponiya təmsilçisiylə üz-üzə gəlib. Sae Noquçiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 1:3 hesabıyla məğlub olan Ruzanna gümüş medalı boynundan asıb.
Camal Abbasov (61 kq) isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub – 5:11.

https://qalaba.az//uploads/photo/gunay-ve-ruzanna-dunya-ikincisi-oldu.webp