Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"

Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"

"Düşünürəm ki, çox fərqli və yaxşı turnirdir. İspaniyadakı yarışlardan daha uzunmüddətlidir, amma burada müxtəlif oyunçuları, komandaları görə bilirik".

QELEBE.AZ xəbər verir ki, bu sözləri "Sabah" Futbol Akademiyasının fiziki hazırlıq üzrə məşqçisi Xose Manuel Armada Zarko AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

"AFFA-nın təşkil etdiyi "Sabahın Ulduzları" turniri müxtəlif oyunçuları, komandaları görmək üçün əlverişlidir. Bunlar futbolçularımız üçün dəqiqlik baxımından və yaxşı başlanğıc etmək üçün əlverişli oyunlardır".

O, U-14 və U-15 liqalarında tam beynəlxalq standartların tətbiqi ilə bağlı fikirlərini bildirib:

"Bu yaş qrupları üçün hesab edirik ki, bu cür turnirləri təkmilləşdirməyə davam etməliyik. Beləliklə, həm öz, həm azərbaycanlı oyunçuları hamıya nümayiş etdirə bilərik. Bu, bizim üçün həqiqətən, maraqlıdır".