Simiçdən “Sabah” azarkeşlərinə çağırış: “Stadionu doldurun!”
Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
Misli Premyer Liqasının II turunda "Şəfa" "Qəbələ"ni məğlub edib - 1:0.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.
"Şükürlər olsun ki, ilk üç xalımızı qazandıq. Özü də bunu Qəbələ səfərində etdik. Hamımız bilirik ki, burada oynamaq çətindir. Rəqib də yaxşı komandadır. Buranın havası elədir ki, futbolçular bir müddət boğulurlar. Amma uşaqlar hər şeyin öhdəsindən gəldilər. Düzdür, zaman-zaman üstünlüyü rəqibə verirdik. Bu da normaldır. Bütün 90 dəqiqə üstünlük bizdə ola bilməzdi. Qol epizodlarına da girdik. Rəqibin də şansları var idi. Nəticədən razı olmaya bilmərəm. Futbolçularımın çıxışından çox razı qaldım. Qələbəni "Şəfa" rəhbərliyinə və bizim üçün Qəbələyə qədər gəlmiş azarkeşlərimizə həsr edirik".
- Komandanızın potensialı nəyə imkan verir?
- Bu mövsüm qarşımıza qoyulan məqsəd Premyer Liqada qalmaqdır. Komanda özü gəncdir. Bir neçə ildən sonra geri dönüş etmişik. Amma 26 il bundan əvvəlki "Şəfa" ilə indiki arasında hansısa müqayisə aparmaq düzgün deyil. Daha da yaxşı olmalıyıq, güclənməliyik. Bu heyətlə minimum nəticəni əldə edəcəyimizə inanıram.
- Yeni transferlər gözlənilir?
- Yeni transfer olmayacaq. Məsələni bağlamışıq. Güclənmək deyəndə, komandanın özünü deyirdim. Məsələn, bu gün Luiz Felipe əsas heyətdə meydana çıxmışdı. Amma cəmi üçüncü həftədir ki, bizimlədir. Elə futbolçu var ki, ikinci oyun idi birlikdə oynayırdılar. Güclənməli olduğumuzu deyəndə, həm fiziki cəhətdən, həm də futbolçuların bir-birini anlaşması baxımından deyirdim. Ancaq yeni transfer gözlənilmir.
- "Şəfa" fiziki cəhətdən "Qəbələ"dən daha yaxşı göründü. Bu, yay təlim-məşq toplanışının nəticəsidir, yoxsa fiziki cəhətdən güclü olan futbolçuları transfer etmisiz?
- Çalışdıq ki, balans yaradaq. Həm hazır olan futbolçularımız var ki, 90 dəqiqə problemsiz oynaya bilər. Həm də hazırlığı yüksək səviyyədə olmayan futbolçularımız var. Sonradan əvəzetmə filan, bunları öncədən düşünüb, balansı qorumağa çalışdıq.

https://qalaba.az//uploads/photo/zaur-heshimov-meqsedimiz-premyer-liqada-qalmaqdir.webp