Simiçdən “Sabah” azarkeşlərinə çağırış: “Stadionu doldurun!”

Simiçdən “Sabah” azarkeşlərinə çağırış: “Stadionu doldurun!”

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.

QELEBE.AZ xəbər verir ki, “bayquşlar”ın futbolçusu Velko Simiç azarkeşləri komandaya dəstək olmağa çağırıb:

“Biz, əlbəttə, qarşıdan gələn oyunu böyük səbirsizliklə gözləyirik. Bütün azarkeşlərimizə səslənirəm ki, oyuna gəlib stadionu doldursunlar. Yenidən möcüzəvi bir gecə yaşaya bilərik”.

“Sabah” – “Hapoel” matçı avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, komandalar arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.