"Fənərbaxça" öz meydanında"Konyaspor"u məğlub edib
Türkiyə Super Liqasında II turun matçları davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Samsunspor" "Rizəspor"u, "Kasımpaşa" isə "Çorum"u səfərdə məğlub edib - 2:0, 1:0.
Günün son matçı İstanbulda baş tutub. "Fənərbaxça" öz meydanında "Konyaspor"u qəbul edib. Gərgin keçən qarşılaşmada azarkeşlər 6 qola şahidlik ediblər. Görüş "sarı-lacivərdlilər"in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura avqustun 24-ü yekun vurulacaq.

https://qalaba.az//uploads/photo/fenerbaxcha-oz-meydanindakonyasporu-meglub-edib.webp











