La Liqa: “Real” mövsümə qələbə ilə başladı

La Liqa: “Real” mövsümə qələbə ilə başladı

İspaniya La Liqasında I turun oyunları davam edir.

QELEBE.AZ xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçirilib.

“Sevilya” səfərdə “Atletik”lə üz-üzə gəlib. Görüş Əndəlüs təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçlarında “Valensiya” “Selta” ilə heç-heçə edib – 0:0.

“Real Madrid” isə səfərdə “Espanyol”la qarşılaşıb. "Kral klubu" mövsümə qələbə ilə başlayıb. Madrid təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.