Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
Azərbaycanın ağırlıqqaldıranı Musab Məmmədtağıyev Priştinada keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
QELEBE.AZ xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən atlet birdən qaldırmada 124 kq nəticə göstərərək birinci olub.
Məmmədtağıyev təkanla qaldırmada 145 kq çəkini ram edərək ikinci qızıl medalını qazanıb.
Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticə göstərən atlet toplamda da Avropa birinciliyinin qalibi olub.
Qeyd edək ki, Musab Məmmədtağıyev ikinci yeri tutan Hayk Movsisyanı 17 kq qabaqlayıb.

https://qalaba.az//uploads/photo/musab-memmedtagiyev-avropa-birinciliyinde-3-qizil-medal-qazandi.webp