"İmişli" 2 illik gətirdiyi futbolçuyla 1 ayda sağollaşdı
"İmişli"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda ilə Dominqos Senqui Hermeneqildo (Pikas) arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "İmişli" 25 yaşlı futbolçu ilə ötən ay 2+1 illik sözləşmə imzalamışdı.

https://qalaba.az//uploads/photo/quotimishliquot-2-illik-getirdiyi-futbolchuyla-1-ayda-sagollashdi.webp