“Tvente”nin baş məşqçisi: “Bu, son şansımızdır”

“Tvente”nin baş məşqçisi: “Bu, son şansımızdır”

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, matçdan öncə Niderland təmsilçisinin baş məşqçisi Con van den Bromun mətbuat konfransı keçirilib.

"Şanslarımıza inanırıq. Sabah bizim son şansımızdır. Hər şey məhz o zaman həll olunmalıdır. Heç bir bəhanə qəbul olunmur. Bir günlük əlavə vaxtımız var idi. Dünən axşam Bakıya gəldik. İki saatlıq saat qurşağı fərqi var. İqlimə də öyrəşmək lazımdır. Yaxşı şəraitdə səyahət etmişik. Sakit bir gün keçirdik. Bu gün üçün ən vacib məqam isə axşam məşqidir.

İlk matça dəfələrlə baxmışıq. Əla səviyyədə oynamasaq da, bir çox şeyləri yaxşı etdik. "Qarabağ" kimi komandanı məğlub etmək üçün hər kəs özünün ən yaxşı oyununu sərgiləməlidir. Sabah üçün əsas çağırış məhz bundadır. Bir həftə ərzində hazılıq görmək şansımız oldu. Buna kifayət qədər diqqət ayırdıq. Evdə qol vurmaq üçün yaxşı imkanlar əldə etdik və rəqibə nisbətən az şans verdik. Sabah son şansımızdır. Var gücümüzlə mübarizə aparmaq üçün yetərincə əsaslarımız var".