“Qarabağ” “Tvente”yə qarşı - YENİLƏNİR
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda Niderlandın “Tvente” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk görüşdə səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
20:00. “Qarabağ” – “Tvente”
İlk oyun – 1:0

https://qalaba.az//uploads/photo/qarabag-tventeye-qarshi-yenilenir.webp