Stolüstü tennisçilər Fransaya yollanıblar

Stolüstü tennisçilər Fransaya yollanıblar

13 yaşadək idmançılardan ibarət stolüstü tennis komandamız Fransada keçiriləcək “Euro Mini Champs” turnirində ölkəmizi təmsil edəcək.

Apasport.az xəbər verir ki, Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə avqustun 28-də Şiltinheym şəhərində start götürəcək yarışda mübarizə aparacaqlar.

“Kiçik Avropa çempionatı” adlandırılan və sayca 20-ci olan turnirə avqustun 31-də yekun vurulacaq.

Qeyd edək ki, tanınmış stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışda bürünc medal qazanıb.