Qriliş “Siti”dən ayrılarsa, bu kluba gedəcək
Cek Qriliş “Mançester Siti”dən ayrılacağı təqdirdə “Everton”a keçmək istəyir.
QELEBE.AZ xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Mənbənin iddiasına görə, 30 yaşlı yarımmüdafiəçi “şəhərlilər”i tərk edəcəyi halda “Everton”a keçməyə üstünlük verir. İngiltərə millisinin üzvü ilə “Aston Villa” da maraqlanır.
Qeyd edək ki, “Mançester Siti” Qrilişi 2021-ci ildə Birmingem klubundan transfer edib. O, ötən mövsümü icarə əsasında "Everton"da keçirib.

https://qalaba.az//uploads/photo/qrilish-sitiden-ayrilarsa-bu-kluba-gedecek.webp