ÇL: “Sabah” “Barselona” və “Arsenal”a rəqib oldu - YENİLƏNİB

ÇL: “Sabah” “Barselona” və “Arsenal”a rəqib oldu - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılır.

Apasport.az xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Püşkatmada tarixində ilk dəfə turnirin bu mərhələsində iştirak edəcək Azərbaycan çempionu “Sabah”ın da rəqibləri müəyyənləşib.

“Bayquşlar” liqa mərhələsində 8 fərqli komanda ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi 4 oyunu doğma meydanda, 4 matçı isə səfərdə keçirəcək.

"Sabah": "Barselona" (ev), "Arsenal" (səfər), "Borussiya Dortmund" (ev), "Mançester Yunayted" (səfər), "Vilyarreal" (səfər), "Napoli" (ev), "Slaviya Praqa" (ev), "Vikinq" (səfər)

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 8-10-da baş tutacaq.