Qurban Qurbanov: "Geriyə yolumuz yoxdur"

Qurban Qurbanov: "Geriyə yolumuz yoxdur"

"Əlbəttə, çox üzgünük. Futbolçularım daha çox məyusdurlar. Qalib gəlmək üçün çox istəkli idilər. 120 dəqiqə amansız mübarizə apardılar. Onların hər birinə təşəkkür edirəm".

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belçikada "Gent"ə əsas vaxtda 0:1, penaltilər seriyasında isə 3:5 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis komandasından razı qaldığını bildirib: "Buraya xeyli sayda azarkeşimiz gəlmişdi. Həm komandama, həm də fanatlarımıza təşəkkür edirəm. Təəssüf ki, son penaltilər seriyasında uduzduq. Amma bizim geriyə yolumuz yoxdur. İrəliyə baxacağıq. Daha yaxşı komanda formalaşdırmağa, oyunumuzu təkmilləşdirməyə çalışacağıq".

O, müdafiəçi Elvin Cəfərquliyevin Belçika "Anderlext"inin maraq dairəsində olması ilə bağlı xəbərə aydınlıq gətirib: "Bir neçə oyunçumuzla maraqlanırlar. Fərqli çempionatlardan qeyri-rəsmi təkliflər alırıq. Elvinə rəsmi təklif gəlməyib, amma maraqlanırlar. Bu məni bir azərbaycanlı olaraq sevindirir. Tam rəsmi olacağı və Azərbaycan futbolu üçün faydası olacağını düşündüyümüz halda bu barədə düşünə bilərik. Çünki o bazara girib yerli futbolçuları ölkə xaricinə çıxarmalıyıq".

Qurbanov futbolçulara müdafiədə oturmaq tapşırığının verilmədiyini söyləyib: "Ümumiyyətlə, son zamanlar bunun üzərinə çox düşmüşəm. İstənilən hesabda müdafiədə oturmağı düşünmürük. Sadəcə, 90 dəqiqə eyni tempdə oynaya bilmərik. Balans pozulur və oyun nizam-intizamını qoruyub saxlaya bilmirsən. "Gent" ciddi rəqibdir. Bəzən onlar bizi müdafiə olunmağa məcbur edirdi. Bakıdakı matçın müəyyən dəqiqələrində də belə olmuşdu".

Futbol
"Araz-Naxçıvan"ın futzalçısı: "Sürprizə imkan verməməliyik"

"Araz-Naxçıvan"ın futzalçısı: "Sürprizə imkan verməməliyik"

Futbol
Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Futbol
Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

Futbol
“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Futbol
PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

Futbol
“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib

“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib

Futbol
“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarlayıb

“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarlayıb