Qurban Qurbanov: “Oyuna hazır deyildik”

Qurban Qurbanov: “Oyuna hazır deyildik”

“Həm heyət, həm də sərəncamımızda olan futbolçuların hazırlığı baxımından bu oyuna hazır deyildik”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Belçika klubu “Gent”ə 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı danışarkən deyib.

51 yaşlı mütəxəssis səfərə mərhələ adlamaq üçün yollandıqlarını bildirsə də, rəqibin bəzi komponentlərdə onları üstələdiyini etiraf edib: “Futbolçular qələbə qazanmaq üçün meydanda hər şeyi etdilər. Təəssüf ki, penaltilər seriyası ilə məğlub olduq. Buna baxmayaraq, oyunçularımdan razı qaldım. Belə oyunlar futbolçuların gələcəyi üçün ancaq faydalıdır. Bu görüş bir daha göstərdi ki, belə böyük turnirlərdə 90 yox, 120 dəqiqə hazır olmaq lazımdır. Avrokubok təcrübəmiz xeyli yaxşılaşıb. Əvvəllər bir hissə oynayırdıq, sonra 60-70 dəqiqəyə gücümüz çatırdı. “Gent”lə matçda isə futbolçuların 120 dəqiqə mübarizə aparmağa gücləri çatdı. Rəqibdən çəkinmədən oynadılar. Doğrudur, matçın gedişində bəzi komponentlərdə “Gent” bizi üstələyirdi. İnanıram ki, bu oyun gələcəkdəki avrokubok görüşləri üçün faydalı olacaq”.

Təcrübəli məşqçi oyunsonrası penaltilər seriyasındakı yenilgiyə görə futbolçuların çox məyus olduqlarını vurğulayıb: “Oyundan sonra paltardəyişmə otağında uzun müddət özlərinə gələ bilmədilər. Hamısı azarkeşlərimizi, xalqımızı sevindirmək istəyirdi. Bu, alınmasa da, maraqlı oyun oldu”.

Q.Qurbanov bəzi oyunçuların formadan uzaq olduqlarını deyib: “Bizə bir müddət ayaq üstə durmaq lazımdır. Düzdür, bəzi oyunçular formalarını yavaş-yavaş bərpa edirlər. Amma belə böyük matçlara tam hazır deyildilər. Buna görə də, matçın gedişində kimsə 45 dəqiqə, kimsə bundan bir az çox meydanda oldu. Komandada disbalans var idi. Yenə də hər şey yaxşılığa doğru gedirdi. Elə dünən də hadisələrin gedişi biz istəyən kimi idi”.

Mütəxəssis heyətdə itkilərin çoxluğunu xüsusi xatırladıb: “İtkilərimizin sayı çox idi. Belə böyük matçlar öncəsi futbolçuların hamısının sağlam olmaması nəticəyə təsir göstərir. Təkcə Kevin Medina və Marko Yankoviçin xidmətindən məhrum deyildik. Filip Ozobiç 3-4 aydır futbol oynamır. Qara Qarayevin iki gün idi ki qızdırması var idi. Sağ olsun, xəstə halı ilə meydana çıxmağa hazır oldu. Onu, ümumiyyətlə, “23-lüy”ə salmamışdıq. Sonda durumu ilə bağlı özündən məlumat alıb belə qərar qəbul etdik”.

O, yeni transferlərin hələ hazır olmamasının məğlubiyyətə təsir göstərdiyini gizlətməyib: “Bu, kiçik səbəblərdən biridir. Uyğunlaşmalarında problem yoxdur. Sadəcə, hazırlıqları istənilən səviyyədə deyil. 7-8 ay idi ki, futbol oynamırdılar. Yaxşı formada olsaydılar, oyunumuzu daha da asanlaşdırardılar”.

Qeyd edək ki, Bakıdakı 1:0 hesablı qələbənin ardından Gentdə eyni hesabla məğlub olan “Qarabağ” oyunsonrası penaltilər seriyasında daha zəif çıxış edərək (3:5) avrokuboklarda mübarizəni dayandırıb.

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

Futbol
"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

Futbol
La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

Futbol
PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Futbol
“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

Futbol
"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

Futbol
Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub

Futbol
FIFA Mahir Emrelini cəzalandırıb

FIFA Mahir Emrelini cəzalandırıb

Futbol
Klub turnirlərində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb

Klub turnirlərində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb