“Şəfa”nın milli fasilə planı bəlli oldu
Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün “Şəfa”nın planı bəlli olub.
QELEBE.AZ xəbər verir ki, 5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib.
Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq.
Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək.
Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə “Şəfa”nın rəqibi “İmişli” olacaq.

https://qalaba.az//uploads/photo/shefanin-milli-fasile-plani-belli-oldu.webp