Cüdoçumuz dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİR
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.
QELEBE.AZ xəbər verir ki, -66 kq çəki dərəcəsində Turan Bayramov 1/32 finalda Finlandiya təmsilçisi Luukas Sahaya məğlub olaraq mübarizəni dayandırıb.
Eyni çəkidə Nizami İmranov isə 1/32 finalda Gürcüstan cüdoçusu Vaja Marqvelaşvilini məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, ilk yarış günündə Əhməd Yusifov -60 kq çəki dərəcəsində qızıl medal qazanaraq dünya çempionu olub.

https://qalaba.az//uploads/photo/cudochumuz-dunya-chempionatina-qelebe-ile-bashlayib-yenilenir.webp