Daha bir cüdoçumuz dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.
QELEBE.AZ xəbər verir ki, 66 kq çəki dərəcəsində döşək üzərinə çıxan Ruslan Paşayev isə 1/16 finalda Serdar Rahimovla (Türkmənistan) üz-üzə gəlib.
Təmsilçimiz rəqibini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/8 finalda Valerio Akkolyiyə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, mundiala oktyabrın 11-də yekun vurulacaq.

https://qalaba.az//uploads/photo/daha-bir-cudochumuz-dunya-chempionati-ile-vidalashdi-yenilenib.webp