Hidayət Heydərov dünya çempionatına qələbə ilə başladı - YENİLƏNİR
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, kişilərin 73 kq çəki dərəcəsində Hidayət Heydərov da ilk görüşünü 1/32 finalda keçirib.
Olimpiya çempionunun rəqibi kosovolu Akil Qyakova olub. Təmsilçimiz rəqibini məğlub edərək adını 1/16 finala yazdırıb.

https://qalaba.az//uploads/photo/hidayet-heyderov-dunya-chempionatina-qelebe-ile-bashladi-yenilenir.webp