Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında bürünc medal qazanıb.

QELEBE.AZ xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda kanadalı Castin Lemirlə üz-üzə gəlib.

Məmmədəliyev rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.

O, növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Etan Nairnlə qarşılaşıb. İdmançımız bu görüşdə də qalib gəlib və adını 1/4 finala yüksəlib. Cüdoçumuz bu mərhələdə fransalı Dayyan Bulemtapes ilə qarşılaşıb və məğlub olub.

Buna baxmayaraq, Məmmədəliyev bürünc medal uğrunda təsəlliverici görüşdə tatamiyə çıxıb. O, italiyalı Leonardo Valerianini üz-üzə gəlib və qələbə qazanıb.

Cüdoçumuz braziliyalı Daniel Karqninlə qarşılaşıb. Rəqibini üstələyən Rəşid Məmmədəliyev mundialın bürünc medalını qazanıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (-60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdoçularının böyüklər arasında dünya çempionatlarında dördüncü, -60 kq çəki dərəcəsində isə ilk qızıl medalı olub.

Döyüş növləri
Azərbaycanlı taekvondoçu: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”

Azərbaycanlı taekvondoçu: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”

Döyüş növləri
Azərbaycan parataekvondo millisinin baş məşqçisi: “İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik”

Azərbaycan parataekvondo millisinin baş məşqçisi: “İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik”

Döyüş növləri
Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb - FOTO

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb - FOTO

Döyüş növləri
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Döyüş növləri
Azərbaycan birinciliyində 4 çəki dərəcəsində 1/4 finalçılar bəlli olub

Azərbaycan birinciliyində 4 çəki dərəcəsində 1/4 finalçılar bəlli olub

Döyüş növləri
Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Döyüş növləri
Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Döyüş növləri
Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək