Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Taekvondo Qran-prisində iştirak edəcək.
QELEBE.AZ xəbər verir ki, idmançımız böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında yarışda iştirak etmək üçün Fransaya yola düşüb.
58 kq çəki dərəcəsində mübarizə aparacaq Maqomedov oktyabrın 9-da tatamiyə çıxacaq.
Beynəlxalq dərəcəli referi Aygül Abdullayeva isə turnirdə ölkəmizi hakim qismində təmsil edəcək.
Qeyd edək ki, oktyabrın 8-dən 11-dək keçiriləcək Paris Qran-prisi olimpiya reytinq xalları qazandıran mühüm yarışlardan biridir.

https://qalaba.az//uploads/photo/taekvondochumuz-paris-qran-prisinde-mubarize-aparacaq.webp