Madina Kaisinova mundialla erkən vidalaşdı
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, qadınların +78 kq çəki dərəcəsində mübarizə aparan Madina Kaisinova yarışa 1/16 final mərhələsindən başlayıb.
Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olub.
Cüdoçumuz rəqibinə məğlub olaraq mundialla vidalaşıb.

https://qalaba.az//uploads/photo/madina-kaisinova-mundialla-erken-vidalashdi.webp