U-16 millisi dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi FIFA U-15 Dünya Çempionatı və Festivalı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
U-16 millisi oktyabrın 16-dan 18-dək Bayıl İnkişaf Mərkəzində hazırlıq keçəcək. Toplanışa 16 futbolçu dəvət olunub.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 22-dən 30-dək ölkəmizdə keçiriləcək.

https://qalaba.az//uploads/photo/u-16-millisi-dunya-chempionati-oncesi-sonuncu-telim-meshq-toplanishini-kechirecek.webp