Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
O, UEFA Region Kubokunun qrup mərhələsinin üç oyununda hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Oktyabrın 15-dən 21-dək Sloveniyada təşkil olunacaq mini-turnir 2-ci qrupun oyunlarını əhatə edəcək.

https://qalaba.az//uploads/photo/asim-xudiyev-uefa-region-kubokunun-oyunlarina-teyinat-alib.webp