Danimarka millisini mundialda 1/4 finala çıxaran baş məşqçi vəfat edib

Danimarka millisini mundialda 1/4 finala çıxaran baş məşqçi vəfat edib

Danimarka millisinin sabiq baş məşqçisi Bo Yuhansson 83 yaşında dünyasını dəyişib.

QELEBE.AZ xəbər verir ki, bu barədə TV2 telekanalı isveçli mütəxəssisin ailəsinə istinadən məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb.

Yuhansson 1996–2000-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/4 finala yüksəlib. Danimarkalılar bu mərhələdə Braziliyaya 2:3 hesabı ilə məğlub olublar.

2000-ci il Avropa çempionatında isə Danimarka millisi qrup mərhələsində keçirdiyi hər üç görüşdə uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Bo Yuhansson məşqçilik karyerası ərzində İsveçin “Öster” klubunu iki, Danimarkanın “Silkeborq” komandasını isə bir dəfə ölkə çempionu edib.