"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib

"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib

"Qarabağ" Futbol Klubunun akademiyasında futbol mərcləri və bu fəaliyyətin hüquqi nəticələri ilə bağlı maarifləndirici seminar təşkil olunub.

QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Sərhədçi" İdman Mərkəzində keçirilən tədbirdə futbolçulara oyunlara mərc etməyin mahiyyəti, mövcud qanunvericilik və qanun pozuntularının hüquqi nəticələri haqqında detal məlumat verilib.

Tədbirin əsas məqsədi idmançıların məsuliyyətli davranışa təşviq edilməsi və hüquqi məlumatlılığının artırılması olub.

Seminar çərçivəsində mövzunun daha yaxşı mənimsənilməsi üçün interaktiv tapşırıqlar və sual-cavab sessiyaları da təşkil edilib.