DÇ: Millimiz 3-cü yer uğrunda matçda məğlub olub - YENİLƏNİB
Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında medalsız qalıb.
QELEBE.AZ xəbər verir ki, İlkin Hacıyevin baş məşqçisi olduğu komanda üçüncü yer uğrunda görüşdə Macarıstan millisinə məğlub olub.
Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə rəqib 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Rumıniyaya 0:2 hesabı ilə uduzub.
Yığma daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Çexiya komandalarını 4:2, Slovakiya seçməsini isə 3:2 hesabı ilə məğlub edib. Rumıniya ilə görüş isə 3:3 hesabı ilə başa çatıb.

https://qalaba.az//uploads/photo/dch-millimiz-3-cu-yer-ugrunda-matchda-meglub-olub-yenilenib.webp