“Neftçi”dən Azərbaycan çempionatlarında 700-cü səfər qolu

“Neftçi”dən Azərbaycan çempionatlarında 700-cü səfər qolu

“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub.

QELEBE.AZ xəbər verir ki, bu, Misli Premyer Liqasının VIII turunda “Qarabağ”la keçirilən görüşdə qeydə alınıb.

3:3 hesabı ilə başa çatan matçda “Neftçi”nin ikinci qolunu vuran Qustavo Klisman yubiley topunun müəllifi olub.

“Ağ-qaralar” rəqib meydanlarında keçirdiyi 496-cı oyunda səfər qollarının sayını 701-ə çatdırıb. Bakı təmsilçisi bu göstəricidə yalnız “Qarabağ”dan geri qalır.

Qeyd edək ki, “Neftçi” səfərdə ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin görüşdə paytaxt klubu 3:1 hesabı ilə qalib gəlib.