Rahilə Hüseynzadə Avropa birinciliyini 3 medalla başa vurub
Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Avropa birinciliyində 3 medal qazanıb.
Apasport.az xəbər verir ki, idmançımız Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində uğurlu çıxış edib.
86 kq çəki dərəcəsində mübarizə aparan Rahilə birdən qaldırma hərəkətində 94 kq nəticə ilə gümüş medala yiyələnib. Təkanla qaldırmada 115 kq çəkini ram edən atletimiz bürünc medal qazanıb. O, iki hərəkətin cəmində 209 kq nəticə göstərərək Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
İdmançıların mükafatlandırma mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.
Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan hər üç idmançımız yarışı medallarla başa vurub. Daha əvvəl Fuad Həsənov və Qasım İsmayılov da hərəyə üç medal qazanıblar.

https://qalaba.az//uploads/photo/rahile-huseynzade-avropa-birinciliyini-3-medalla-basha-vurub.webp