FIFA U-15 Dünya Çempionatının ilk iştirakçıları Bakıya gəlib
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxta gəlməyə başlayıblar.
QELEBE.AZ xəbər verir ki, turnir çərçivəsində Azərbaycana gələn ilk kollektiv Nikaraqua millisi olub.
Komanda Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.
Qeyd edək ki, oktyabrın 22-dən 30-dək davam edəcək FIFA U-15 Dünya Çempionatı və Festivalı futbol tarixində ilk dəfə təşkil olunacaq.
Turnirdə 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Dünyanın müxtəlif bölgələrindən gənc futbolçuları bir araya gətirəcək yarışın yüksək səviyyədə təşkili üçün hazırlıq işləri yekunlaşıb.

https://qalaba.az//uploads/photo/fifa-u-15-dunya-chempionatinin-ilk-ishtirakchilari-bakiya-gelib.webp