Ayxan Abbasov U-16 millisi ilə görüşüb
Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb.
Apasport.az xəbər verir ki, məşqdən əvvəl Azərbaycanın A milli komandasının baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə görüşərək onlara qarşıdakı turnirdə uğurlar arzulayıb.
O, 15 yaşında dünya çempionatında iştirak etmək hüququ qazanmağın futbolçular üçün böyük şans olduğunu vurğulayıb:
“15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir”.
Görüşdən sonra Ayxan Abbasov yığmanın məşqini izləyib.
Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də keçirəcək. Komandamız saat 19:30-da “Crystal Hall”da Şərqi Timor yığması ilə qarşılaşacaq.
Yığmamız qrup mərhələsində, həmçinin Andorra, Avstraliya, İsrail və Haiti komandaları ilə üz-üzə gələcək.

https://qalaba.az//uploads/photo/ayxan-abbasov-u-16-millisi-ile-gorushub.webp